Sabah Topaz Premyer Liqasında XXXIV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turun bütün matçları eyni gündə keçiriləcək.
Günə AZAL və “Zirə” arasında paytaxt derbisi ilə başlayacaq. Premyer Liqanın debütantı bu turda gümüş medalı təmin etmək üçün qələbə qazanmalıdı. Son 3 turda qələbəyə, iki oyundu xala həsrət qalan Adil Şükürovun yetirmələri uğursuz seriyaya həmşəhərliləri ilə matçda son qoymalıdı. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “təyyarəçilər” isə “Neftçi”yə məğlubiyyəti unutdurmağa çalışacaq.
Zirəlilər qalib gəlsə onların gümüş medalı təmin etməsi “Neftçi”dən asılı olacaq. 3 turdu uduzmayan bakılılar “Kəpəz”lə prinsipial dueldə də məğlub olmamalıdı. Ardıcıl 3 qələbə əldə edən gəncəlilər mükafat şanslarını çətinə salmamaq üçün qalib gəlməyə məcburdu.
Qərblilərin büdrəməsini gözləyənlərdən biri də “İnter”di. “Bankirlər” 22 oyundu qələbə qazanmayan “Xəzər Lənkəran”la ev matçına çıxacaq. Bürünc medallar uğrunda mübarizə aparan Zaur Svanadzenin yetirmələri autsayderə xal verməməlidi. Ardıcıl 10 məğlubiyyət alan cənublular isə Premyer Liqada qalmaq uğrunda yarışda vacib olan xal ədlə etməlidi.
Çempionatın autsayderi “Rəvan” isə uzun fasilədən sonra axırıncı pilləni tərk edə bilər. Lənkəran klubunun Bakıdan məğlub dönəcəyi halda, Bəhmən Həsənovun yetirmələri 1 xalla cənubluları keçəcək. “Rəvan” turnir cədvəlində heç bir iddiası olmayan “Sumqayıt”la səfər matçında xal qazanması kifayət qədə inandırıcı görünür.
Tura mərkəzi oyunla yekun vurulacaq. Çempion titulunu təmin edən “Qarabağ” medallara iddia edən “Qəbələ”ni qəbul edəcək. Ağdam təmsilçisi “Əlincə Arena”da ilk çempionat matçına çıxacaq. Son 10 matçda qələbə qazanıb, klub tarixinin rekordunu müəyyənləşdirən Qurban Qurbanovun yetirmələri seriyasını davam etdirmək iddiasındadı. “Qəbələ” isə 6 turluq məğlubiyyətsizliyi qələbə ilə davam etdirməlidi. Roman Qriqorçukun yetirmələri bunu bacarmasa, medal şanslarını minimuma endirəcək.
Topaz Premyer Liqası
XXXIV tur
11 may (çərşənbə)
16:00. AZAL – “Zirə”
Mövsümün əvvəlki 3 oyunu: 0:1, 1:0, 2:4
AZAL Arena
16:00. “Kəpəz” – “Neftçi”
Mövsümün əvvəlki 3 oyunu: 0:0, 1:1, 3:2
Gəncə şəhər stadionu
17:00. “İnter” – “Xəzər Lənkəran”
Mövsümün əvvəlki 3 oyunu: 0:2, 2:0, 1:0
“İnter Arena”
18:00. “Sumqayıt” – “Rəvan”
Mövsümün əvvəlki 3 oyunu: 0:0, 3:3, 2:1
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:00. “Qarabağ” – “Qəbələ”
Mövsümün əvvəlki 3 oyunu: 2:2, 1:1, 2:1
“Əlincə Arena”
|
1 |
Qarabağ |
33 |
24 |
6 |
3 |
60-19 |
78 |
|
2 |
Zirə |
33 |
17 |
9 |
7 |
39-27 |
60 |
|
3 |
Kəpəz |
33 |
15 |
10 |
8 |
45-35 |
55 |
|
4 |
Qəbələ |
33 |
14 |
11 |
8 |
41-26 |
53 |
|
5 |
İnter |
33 |
14 |
11 |
8 |
34-23 |
53 |
|
6 |
AZAL |
33 |
13 |
6 |
14 |
25-32 |
45 |
|
7 |
Neftçi |
33 |
11 |
10 |
12 |
34-36 |
43 |
|
8 |
Sumqayıt |
33 |
6 |
12 |
15 |
34-46 |
30 |
|
9 |
Xəzər Lənkəran |
33 |
3 |
5 |
25 |
12-45 |
14 |
|
10 |
Rəvan |
33 |
4 |
8 |
21 |
22-57 |
14 |
* - “Rəvan”ın hesabından 6 xal silinib.
Bombardir: Nelson Bonilla (“Zirə”) - 14
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı