[b]“Qəbələ” çempionla oyuna 5 itki ilə çıxacaq[/b]
10.05.2016 - 17:05
[b]“Qəbələ” çempionla oyuna 5 itki ilə çıxacaq[/b]

Topaz Premyer Liqasının XXXIV turunda “Qarabağ”ın qonağı olacaq “Qəbələ” matça itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisinin heyətlə bağlı problemlərdən canı qurtulmur.

 

Ötən tur “Zirə” ilə matçda sarı vərəqə limitini dolduran Rəşad Sadiqov cəzalı duruma düşüb. Təcrübəli yarımmüdafiəçi bu səbəbdən sabiq komandası ilə oyunu buraxacaq.

 

“Qəbələ”nin daha 4 futbolçusu isə zədədən əziyyət çəkir. Söhbət Rafael Santos, Luis Hilario Dodo, Sergey Zenyov və Elvin Camalovdan gedir. Dodo və Zenyov uzun müddətdi zədəli olduqları halda, Santosla Camalov “Zirə” ilə matçda xəsarət alıb. Həm Santosun, həm də qasıq nahiyəsindən zədələnən Elvinin çempionluğu vaxtından əvvəl təmin edən “Qarabağ”la qarşılaşmada iştirakı sual altındadı.

 

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşü saat 19:00-da start götürəcək.