[b]“Qəbələ”nin müdafiəçisi “Zirə”də[/b]
03.01.2017 - 19:29
“Zirə” dövrələrarsı fasilədə ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, komandamız müdafiə xəttini gücləndirmək məqsədi ilə Sadiq Quliyevlə müqavilə imzalayıb.
Anlaşmaya əsasən, Sadiq cari mövsümün sonuna qədər “Zirə”nin formasını geyəcək.
Qeyd edək ki, gənc futbolçu ötən mövsüm də komandanın heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu “Qəbələ”yə dönən müdafiəçi bu dəfə azad transfer kimi “qartallar”ın sıralarına qoşulub.
("Zirə"nin rəsmi saytı)
0
0