[b]“Qəbələ” ən böyük arenanı seçdi[/b]
09.08.2017 - 00:03
[b]“Qəbələ” ən böyük arenanı seçdi[/b]

“Qəbələ” 2017/18 mövsümünün hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” bu həftə start götürəcək Azərbaycan Premyer Liqasına Bakıda hazırlaşır.

 

Roman Qriqorçukun yetirmələri avqustun 7-dən paytaxtdakı Bakı Olimpiya Stadionunda hazırlıq keçir. Məşqlərini ölkənin ən böyük arenasında gerçəkləşdirən “Qəbələ” “İnter”lə ilk turun səfər matçını avqustun 12-də keçirəcək.

 

Qeyd edək ki, I turun “İnter” – “Qəbələ” oyunu avqustun 12-də “İnter Arena”da baş tutacaq. Görüş saat 20:00-da başlayacaq.