“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Anderlext” azarkeşlərlə görüş təşkil edəcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Belçika təmsilçisi bu addımı “qırmızı-qaralar”la matçdan öncə atacaqlar.
Belə ki, rəhbərlik sentyabrın 15-də “Qəbələ” ilə keçiriləcək matçdan bir gün öncəki son məşq üçün azarkeşləri tribunalara çağırıb. Məşqdən bir neçə saat öncədən “Konstant Vanden Stok” stadionunun qapıları fanatların üzünə açılacaq. Məqsəd bir növ yeni transferlərin təqdimatını etməkdi. Rəhbərlik bununla həm də komandaya “Qəbələ” ilə görüş öncəsi əlavə motivasiya verməyi planlaşdırır.
Qeyd edək ki, “Anderlext” yay fasiləsində Nikolae Stankiu, Lukaş Teodorzik, Hamdi Harbui, Sofian Hanni, İdrissa Dumbiya, Dieqo Kapel, Aleksandru Çipçiu, Massimo Bruno, Dennis Appya və Uros Spayiçi transfer edib.