[b]20-ci dueldə ilk iddiası[/b]
27.09.2016 - 12:25
[b]20-ci dueldə ilk iddiası[/b]

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qəbələ” – “Mayns” oyunu Azərbaycan və Almaniya komandaları arasında 20-ci duel olacaq. Apasport.az saytının məlumatına görə, indiyədək iki ölkə təmsilçiləri 19 rəsmi matça çıxıblar.

 

Əvvəlki qarşılaşmaların hamısında almaniyalılar qələbə qazanıb. Bu isə o deməkdi ki, “Qəbələ” ilkə imza atmaq şansına malikdi.

 

Roman Qriqorçukun yetirmələri qələbə qazansa və ya ən azı xal qazansa, Almaniya təmsilçilərinə uduzmayan ilk klubumuz kimi tarixə düşəcək.

 

Əvvəlki 19 matça gəlincə, bunlardan 11-i yığma, 8-i avrokuboklar səviyyəsində olub. Əsas və U-21 millilərin hərəsi 4, U-19, U-17 və U-19 (qızlar) hərəyə 1 dəfə məğlubiyyət acısı yaşayıb. Klublarımız isə 6 dəfə Avropa Liqası, 2 dəfə qadınların UEFA kubokunda yenilgi yaşayıb. Bu matçlarda top fərqi 7:70-di.

 

Əsas milli

12 avqust 2009. Bakı. DÇ. Azərbaycan - Almaniya - 0:2

9 sentyabr 2009. Hannover. DÇ. Almaniya - Azərbaycan - 4:0
7 sentyabr 2010. Köln. AÇ. Almaniya - Azərbaycan - 6:1
7 iyun 2011. Bakı. AÇ. Azərbaycan – Almaniya - 1:3

U-21

08.10.2004. Azərbaycan – Almaniya - 0:2

02.09.2005. Almaniya – Azərbaycan - 2:0

08.09.2015. Azərbaycan – Almaniya – 0:3

13.11.2015. Almaniya – Azərbaycan – 3:1

U-17

24.03.2002. Azərbaycan - Almaniya - 0:3 (oyun Belçikada keçirilib)

U-19

05.10.2002. Azərbaycan - Almaniya - 0:7 (oyun Almaniyada keçirilib)

U-19, qızlar

10.04.2016. Azərbaycan - Almaniya - 1:5 (oyun İrlandiyada keçirilib)

Avropa Liqası

19 avqust 2010. “Borussiya” (Dortmund, Almaniya) – “Qarabağ” - 4:0

26 avqust 2010. “Qarabağ” - “Borussiya” (Dortmund, Almaniya) - 0:1

22 avqust 2013. “Qarabağ” – “Ayntraxt” (Frankfurt, Almaniya) - 0:2

29 avqust 2013. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Qarabağ” - 2:1

22 oktyabr 2015. “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya) – 1:3

5 noyabr 2015. “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” – 4:0

UEFA kuboku, qadınlar
24.07.2004. “Gömrükçü” – “Enerji” (Almaniya) - 0:3 (oyun Litvada keçirilib)

17.09.2005. “Gömrükçü” – “Frankfurt” (Almaniya) - 1:11 (oyun İsveçrədə keçirilib)