[b]“Qəbələ” kimi rəqibə qarşı oynamaq heç vaxt asan olmur”[/b] - “Anderlext”in qapıçısı
16.09.2016 - 11:39
[b]“Qəbələ” kimi rəqibə qarşı oynamaq heç vaxt asan olmur”[/b] - “Anderlext”in qapıçısı

“Hücum xəttimiz həmişəki kimi yaxşı oynadı. Qol buraxdığımız matçlarda 3 xal qazanmağımız da ön xətt oyunçularının əməyidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Anderlext” klubunun qapıçısı Devi Ruf deyib.

 

22 yaşlı qolkiper Avropa Liqasının qrup mərhələsinin I turunun “Qəbələ” ilə ev oyunundakı 3:1 hesablı qələbəni şərh edib: “Qəbələ” ilə qarşılaşmada çox sayda qol imkanları yaratdıq. Bu da komandamız üçün müsbət məqamdı. Buraxılan qolda müdafiəçimiz Bram Neytinkin səhvinə gəlincə isə hər kəsin xətası olur. Fikrimcə, müdafiəçinin səviyyəsini bir səhvlə qiymət vermək olmaz. Təbii ki, arxa xətdə oyunumuzu bir az da təkmilləşdirməliyik. Bunu etməyimiz çox vacibdi. Çünki daha az səhv etməliyik. “Qəbələ” ilə qarşılaşmada 3 xal qazandıq ki, ən önəmlisi də bu idi. Rəqibə yuxarıdan aşağı baxıb, asanlıqla qalib gəldiyimizi demək düzgün olmaz. Çünki “Qəbələ” kimi yaxşı təşkil olunmuş rəqibə qarşı oynamaq heç vaxt asan olmur”.