[b]“Qəbələ” Pavel Paşayevlə anlaşdı[/b]
01.02.2016 - 15:52
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayev “Qəbələ” ilə anlaşıb. Bu barədə apasport.az saytına məlumatı “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı verib.
O bildirib ki, hazırda Qəbələdə olan sağ cinah oyunçusunun karyerasını bu komandada davam etdirəcəyi artıq dəqiqdi. Yaxın 1-2 gündə 28 yaşlı futbolçunun keçidi rəsmiləşəcək. Paşayev yeni komandası ilə 6 aylıq, yəni mövsümün sonuna qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, Pavel Paşayevin son klubu Ukrayna təmsilçisi “Metallurq” (Zaporojye) olub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0