Avropa Liqasında çıxış edəcək “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Apasport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Elvin Məmmədov və İlqar Qurbanovun ardınca, daha bir yerli oyunçu ilə gücləniblər.
Klubdan verilən məlumata görə, millinin qapıçısı Aqil Məmmədov bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq. Ötən mövsümü AZAL-da keçirmiş qolkiperlə 1 illik müqavilə imzalanıb.
Əvəzində bölgə təmsilçisi David Petrzkeviçlə vidalaşıb. Məmmədovun transferi həyata keçdiyindən, rəhbərlik polşalı çərçivə qoruyucusu ilə yeni müqaviləyə ehtiyac duyulmayıb.
Qeyd edək ki, “Qəbələ” bundan öncə Teo Uiks, Rəşad Eyubov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Daniel Subotiç, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov və Rafael Santosla vidalaşıb.