[b]“Qəbələ” qalib gəlsə...[/b]
02.02.2017 - 12:16
[b]“Qəbələ” qalib gəlsə...[/b]

Premyer Liqanın XVI turu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi “Neftçi” ilə ev oyununda qalib gəlsə, ukraynalı mütəxəssisin rəhbərliyi altında 50-ci qələbəsini qazanacaq.

 

Belə ki, Qriqorçuk “Qəbələ”nin baş məşqçisi kimi 49 dəfə qələbə sevinci yaşayıb. Bunlar 105 görüşdə qeydə alınıb.

 

“Qırmızı-qaralar” onun rəhbərliyi altında 28 heç-heçə və eyni sayda məğlubiyyət də görüb. Bu görüşlərdə 154 qol vuran qəbələlilər 96 top buraxıb.

 

Qeyd edək ki, Qriqorçuklu “Qəbələ”nin 49 qələbəsindən 36-sı Premyer Liqa, 8-i Avropa Liqası, 5-i Azərbaycan kubokuna təsadüf edib.