[b]“Qəbələ” səfərdə, "İnter" evdə sevindi[/b]
08.04.2016 - 21:52
[b]“Qəbələ” səfərdə, "İnter" evdə sevindi[/b]

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXIX tura start verilib. Apasport.az saytının məlumatına görə, bu gün iki qarşılaşma baş tutub.

 

“İnter” öz meydanında AZAL-a, “Qəbələ” isə səfərdə “Sumqayıt”a qalib gəlib.
 

Əvəzedicilərin yarışı

XXIX tur

8 aprel

 

“İnter” – AZAL - 4:2
Qollar: Mirhüseyn Seyidov, 58, 70; Vüsal Nağıyev, 65, Aqşin Quluzadə, 73 - Elmin Cabbarov, 26, 56
 


“Sumqayıt” - “Qəbələ” – 0:2
Qollar: Ülvi İbazadə, 34, Ülvi İsgəndərov, 90+1