[b]“Qəbələ” sınağından öncə əzmkar qələbə[/b]
12.09.2016 - 01:50
[b]“Qəbələ” sınağından öncə əzmkar qələbə[/b]

Belçika çempionatında 6-cı tura start verilib. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən biri olan “Anderlext” öz meydanında “Şarlerua” ilə üz-üzə gəlib.

 

Brüssel təmsilçisi oyunun əvvəlində hesabda geri düşsə də, qarşılaşmanı qələbəylə başa vurmağı bacarıb - 3:2.

 

6 turdan sonra hesabında 12 xal olan "Anderlext" 2-ci pillədə qərarlaşıb. "Bənövşəyi-ağlar" 1-ci pillədəki "Zulte Varegem"dən 1 xal geri qalır.

 

Qeyd edək ki, “Qəbələ” qrupdakı ilk oyununu səfərdə “Anderlext”ə qarşı keçirəcək. Matç sentyabrın 15-də baş tutacaq.

 

Belçika çempionatı

VI tur

12 sentyabr

 

“Anderlext” – “Şarlerua” – 3:2
Qol: Teodorçik, 57. Hanni, 66. Tilemans, 68 – Bakar, 19. Babi, 90+2