[b]“Qəbələ” topla çalışdı - FOTOSESSİYA[/b]
16.01.2016 - 02:07
[b]“Qəbələ” topla çalışdı - FOTOSESSİYA[/b]

2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 6-cı gününü 1 məşqlə yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun rəhbərliyi altında reallaşan məşq prosesi günün ikinci yarısında baş tutub.

 

Məşqdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. 

 

Xatırladaq ki, “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirəcək.

 

Yanvarın 10-dan Antalyada hazırlıq keçən “qırmızı-qaralar”ın ilk rəqibi Almaniyanın “Osnabryuk” klubu olacaq. Matç Bakı vaxtı ilə 17:30-da start götürəcək.

0