[b]“Qəbələ” ilə bərabərliklə başladı - YENİLƏNİB[/b]
16.01.2016 - 19:46
[b]“Qəbələ” ilə bərabərliklə başladı - YENİLƏNİB[/b]

Topaz Premyer Liqasında ikinci yarıya Türkiyədə hazırlaşan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yanvarın 10-dan Antalyada məşq edən “qırmızı-qaralar”ın rəqibi Almaniyanın “Osnabryuk” klubu olub.

 

Bu, baş məşqçi Roman Qriqorçukun yetirmələrinin 2016-cı ildəki ilk sınağı olub. “Gloria” məşq meydançalarında baş tutan görüş Bakı vaxtı ilə saat 17:30-da başlayıb.

 

İlk yarıda hesab açılamasa da, ikinci hissədə tərəflər iki dəfə fərqləniblər. Hesabı təmsilçimiz açıb. Ermin Zets 57-ci dəqiqədə "Qəbələ"ni önə keçirib.

 

Hər iki komanda matçın gedişində çoxsaylı əvəzetmələrdən istifadə edib. “Qəbələ”də Vojislavı Bəhlul Mustafayev, Rafaeli Vitali Vernidub, Qayı Rikardinyo, Arifi Yusif Nəbiyev, Alekseyi Rəşad Eyyubov, Rəşad Sadiqovu Dodo, Vadimi Qismət Alıyev, Andreyi David Petrzkieviç, onu isə Dmitri Bezotosnı, Ermini Samir Zərgərov, Sergeyi Asif Məmmədov, Məhəmmədi isə baxışda olan Pavel Paşayev əvəzləyib.  Karyerası ərzində Ukraynanın “Dnepr”, “Krivbass”, “Karpatı” , “Metallurq” (Zaporojye) klublarında çıxış edən müdafiəçi 2015-ci ildən Azərbaycan milli komandasının futbolçusudur. O, yığmamızın noyabrın 17-də Moldova ilə yoxlama oyununda komandada debüt edib.

 

Ancaq Roman Qriqorçukun yetirmələri üstünlüyünü sona kimi qoruya bilməyiblər. Sona 6 dəqiqə qalmış Pizo hesabı bərabərləşdirib.

 

Bununla da "qırmızı qaralar" ilin ilk oyunundan bərabərliklə ayrılıb.

 

Yoxlama oyunu

16 yanvar

 

“Qəbələ” – “Osnabryuk” (Almaniya) - 1:1

Qollar: Zets, 56 - Pizo, 84

 

“Qəbələ”nin start heyəti: Andrey Popoviç, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Sergey Zenyov, Rəşad Sadiqov, Ermin Zets, Aleksey Antonov

“Gloria” məşq meydançaları

0