[b]“Qəbələ” və “Qarabağ” ilklər iddiasında[/b]
28.09.2016 - 11:55
[b]“Qəbələ” və “Qarabağ” ilklər iddiasında[/b]

Sabah Avropa Liqasının qrup mərhələsində II turun görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də avrokuboklarda növbəti sınağında qüvvəsini sınayacaqlar.

 

Qrupda ilk ev matçını keçirəcək “Qəbələ” “Mayns”ı (Almaniya) qəbul edəcək. İlk turda Belçikada “Anderlext”ə 1:3 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri görüşə ilklərə imza atmaq iddiası ilə çıxacaq.

 

Ardıcıl 2-ci dəfə qrupda çıxış edən “qırmızı-qaralar” tarixində ilk qələbə qazanmaq niyyətindədi. Bu mərhələnin debütantı olan Almaniya klubu ilə görüşdə qazanılacaq xal da tarixə düşəcək. İndiyədək Almaniya təmsilçiləri ilə bütün duellərdə uduzan komandalarımızın ilk xalını əyalət klubu əldə edə bilər. Ötən mövsüm qrupda Dortmund “Borussiya”sına yenilən (1:3, 0:4) “qırmızı-qaralar” bunun əvəzini Maynsın eyniadlı klubundan çıxmaq üçün çalışacaq.

 

Cari mövsüm evdəki 4 avrokubok matçında qələbə qazanan “Qəbələ” bu seriyanı davam etdirsə, yubiley uğurunun müəllifi olacaq. Belə ki, indiyədək qitə miqyaslı turnirlərdə 74 qələbəsi olan ölkəmiz təmsilçilərinin 75-ci zəfərinin intizarındadı. Düzdü, təmsilçimiz cəzasını bu matçda başa vuracaq Teo Uiksin xidmətindən məhrumdu. Buna baxmayaraq, əyalət klubu doğma divarlar arasında 3 xal əldə etmək imkanına malikdi və Topaz Premyer Liqasındakı uğurlu çıxışını Avropada da təkrarlamaq gücündədi.

 

Yubiley qələbəsini “Qəbələ” rəsmiləşdirməsə, bunu reallaşdırmaq növbəsi “Qarabağ”a keçəcək. Qrup turnirinə uğursuz başlayıb Çexiya “Slovan”ı ilə ev oyununda 1 xalla kifayətlənən (2:2) ağdamlılar ilk qələbəsini səfərdə qazanmaq arzusundadı.

 

Lakin bunun üçün Qurban Qurbanovun yetirmələri səfər sindromunu qırmalıdı. Rəqib meydanlarındakı son 6 qarşılaşmada qələbəyə həsrət qalıb, cəmi 2 heç-heçəylə təsəlli tapan ağdamlılar “Böyük beşlik” təmsilçisini xalsız qoysa, startda 4 xal qazanan ilk klubumuz ola bilər.

 

Əldə olunacaq qələbə İtaliya klubları ilə matçlarda əldə olunacaq ilk uğur ola bilər. “Qarabağ” iki il öncə “İnter”dən (0:2, 0:0) evdə, “Neftçi” isə 4 il əvvəl eyni rəqibdən səfərdə (1:3, 2:2) xal qoparsa da, qələbəmiz yoxdu.

 

Avropa Liqasının qrupunda oynadığı 4 mövsümün hamısında 1/16 finala keçən Florensiya təmsilçisi evdə inamlı təsir bağışlayır. İtaliyalılar cari mövsümdə öz meydanında qol buraxmayıb.

 

Avropa Liqası

Qrup mərhələsi

II tur, 29 sentyabr

C qrupu

 

19:00. “Qəbələ” – “Mayns” (Almaniya)

Baş hakim: Gediminas Majeyka

Baş hakimin köməkçiləri: Vitautas Şimkus, Vitenis Kazlauskas

Dördüncü hakim: Vladimir Gerasimov

Əlavə köməkçi hakimlər: Sergeyus Sliva, Yuri Paskovski (hamısı Litva)

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)

UEFA nümayəndəsi: Eugen Vesterink (Hollandiya)

Bakı. 8-ci km qəsəbə stadionu

 

1

Anderlext

1

1

0

0

3-1

3

2

Mayns

1

0

1

0

1-1

1

3

Sent-Etyenn

1

0

1

0

1-1

1

4

Qəbələ

1

0

0

1

1-3

0

 

J qrupu

21:00. “Fiorentina” (İtaliya) - “Qarabağ”

Baş hakim: Oliver Draxta

Baş hakimin köməkçiləri: Roland Brandner, Stefan Kühr

Dördüncü hakim: Roland Ridel

Əlavə köməkçi hakimlər: Manuel Şuttenqruber, Diter Makenhammer (hamısı Avstriya)

Hakim-inspektor: Mihael Arquro (Kipr)

UEFA nümayəndəsi: Eduard Dervişay (İspaniya)

Florensiya. “Artemio Franki” stadionu

 

1

Fiorentina

1

0

1

0

0-0

1

2

Slovan

1

0

1

0

2-2

1

3

PAOK

1

0

1

0

0-0

1

4

Qarabağ

1

0

1

0

2-2

1