[b]“Qəbələ” və “Qarabağ”ın oyunlarında 1 dəqiqəlik sükut[/b]
01.12.2016 - 16:55
[b]“Qəbələ” və “Qarabağ”ın oyunlarında 1 dəqiqəlik sükut[/b]

Təyyarə qəzasına uğrayan Braziliyanın “Şapekoense” klubunun üzləşdiyi faciəyə UEFA da biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, qurum avrokubok matçlarının bir dəqiqəlik sükutla başlaması haqda qərar qəbul edib.

 

UEFA-nın bu gün açıqladığı qərara əsasən, gələn həftə Çempionlar Liqası və Avropa Liqasının bütün görüşlərində qəza qurbanlarının xatirəsi yad olunacaq. Bu prosedur qrup mərhələsinin VI turuna şamil olunacaq.

 

Azərbaycan təmsilçiləri “Qəbələ” və “Qarabağ” da Braziliya klubuna ehtiram əlaməti olaraq atılan addımda iştirak edəcək. Sonuncuların İtaliya “Fiorentina”sı ilə Bakıdakı, “qırmızı-qaralar”ın isə “Maynts”la Almaniyadakı görüşdə 1 dəqiqəlik sükut olacaq.