[b]“Qəbələ” yeni transferlərini sifariş etdi[/b]
01.02.2017 - 15:30
“Qəbələ”nin yeni transferləri sifariş olunub. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” müdafiəçi Rasim Ramaldanov və hücumçu Daniel Subotiçin adını Peşəkar Futbol Liqasına təqdim edib.
Bu isə o deməkdi ki, həm millimizin sabiq üzvü, həm də isveçrəli forvard fevralın 3-də “Neftçi” ilə keçiriləcək çempionat matçında baş məşqçi Roman Qriqorçukun ixtiyarında olacaq. Ramaldanov və Subotiç bölgə təmsilçisində müvafiq olaraq 5 və 31 nömrəli forma altında çıxış edəcəklər.
Qeyd edək ki, “Qəbələ”nin qış fasiləsindəki digər transferi Araz Abdullayev (“Neftçi”) olub.
0
0