“Qəbələ” daha bir futbolçusu ilə bağlı qərarını verib. Klubdan apasport.az saytına verilən məlumata görə, müdafiəçi Rikardinyo yola salınıb.
Digər müdafiəçi Rasim Ramaldanovla yeni 1 illik müqaviləni razılaşdıran “qırmızı-qaralar” anlaşma müddəti başa çatan braziliyalını saxlamaqda maraqlı olmayıb. Rikardinyo bununla Teo Uiks, Rəşad Eyubov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Daniel Subotiç, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Rafael Santos, Murad Musayev və David Petrzkeviçdən sonra bölgə təmsilçisi ilə vidalaşan 11-ci oyunçu olub.
Qeyd edək ki, Rikardinyo "Qəbələ"yə 2015-ci ilin dövrələrarası fasiləsində “Malmö”dən keçib.