[b]“Qəbələ”də 3 itki: biri cəzalı, ikisi zədəli[/b]
04.04.2017 - 10:36
[b]“Qəbələ”də 3 itki: biri cəzalı, ikisi zədəli[/b]

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində sabah “İnter”i qəbul edəcək “Qəbələ” meydana itkilərlə çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın 3 futbolçusu bu görüşü buraxacaq.

 

Belə ki, baş məşqçi Roman Qriqorçuk “İnter”lə qarşılaşmada Vitali Vernidub, Rafael Santos və Elvin Camalovun xidmətindən yararlana bilməyəcək. Vernidub və Camalov zədəli olduğu üçün paytaxt klubu ilə qarşılaşmada meydana çıxmayacaq.

 

Santosun matçı buraxmasına səbəb isə cəzalı duruma düşməsidi. Braziliyalı müdafiəçi ilk görüşdə sarı vərəqə limitini doldurub.

 

Qeyd edək ki, bu komandaların Bakıda keçirilmiş matçında “Qəbələ” 3:1 hesablı qələbə qazanmışdı.