[b]“Qəbələ”də yeni bombardir[/b]
22.07.2016 - 00:42
[b]“Qəbələ”də yeni bombardir[/b]

Teo Uiks “Qəbələ”nin avrokuboklarda ən yaxşı bombardiri adına yiyələnib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin MTK ilə bu gün keçirilən oyununda (2:0) qol sevinci yaşayan liberiyalı komandasının heyətində 5-ci dəfə fərqlənib.

Bununla, Uiks Macarıstan klubu ilə matçadək onunla eyni sayda – 4 qol vuran braziliyalı Dodonu arxada qoyub. Oyunda hesabı açıb, bu cütlüyə çatan Sergey Zenyovun da qırmızı-qara formada 4 avrokubok qolu var.

Uiks həm də Azərbaycan klublarının heyətində qitə miqyaslı klub turnirlərində 5 və daha çox qol vuran 9-cu oyunçu olub. Liberiyalı klublarımızın ən məhsuldar afrikalıları sırasında rekorda şərik olub. O, bu göstəricidə syerra-leoneli Julius Vobaya çatıb.

Qeyd edək ki, Teo bütün qollarını cari mövsümdə vurub. O, I təsnifat mərhələsinin “Samtredia” ilə ev oyununda 3, səfər matçında 1 qol vurub.

Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuranlar

1. Reynaldo – 10

2-3. Rəşad Sadiqov, Riçard Almeyda – 7

4-5. Baçana Sxadadze, Əfran İsmayılov – 6

6-9. Julius Vobay, Rəşad Sadıqov, Vüqar Nadirov, Teo Uiks - 5