“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə cavab oyununun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının martın 5-də keçirilən XXIV turunun “Neftçi” ilə səfər oyununun (2:1) ertəsi gün Bakıda hazırlıq keçən “qırmızı-qaralar” dünən Qəbələdə bir araya gəlib.
Günün ikinci yarısına təsadüf edən məşq prosesində futbolçular iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici çalışmalara üstünlük verib. Çempionat oyununda meydana çıxmayanlar isə Qəbələ şəhər stadionunun yaşıl meydanında məşq edib.
Roman Qriqorçukun yetirmələri hazırlıqlara tam heyətlə qatılıb. Son turun oyununu zədə səbəbindən buraxan Ermin Zets də komanda ilə məşq keçib. “Qəbələ” bu gün axşam oyunöncəsi hazırlığa çıxacaq.
Xatırladaq ki, səfərdə 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın “Zirə” ilə ev oyunu martın 9-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 15:00-da başlayacaq.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?