[b]“Qəbələ”dən 5 pilləlik sıçrayış, “Qarabağ” gerilədi[/b]
08.07.2016 - 12:49
[b]“Qəbələ”dən 5 pilləlik sıçrayış, “Qarabağ” gerilədi[/b]

Avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, son 5 mövsümün nəticələrinin əksini tapdığı cədvəldə 453 komanda yer alıb.

 

Siyahıya 144,428 xala malik “Real” başçılıq edir. “Bavariya” 134,328 xalla 2-ci, “Barselona” 129,428 xalla 3-cü pillədə qərarlaşıb.

 

Ölkəmizin 7 komandası da UEFA-nın siyahısına düşüb. Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”dadı. Ağdam klubu 13,375 xalla Avropanın 122-cisidi. Əyalət təmsilçisi ötən həftə ilə müqayisədə 1 pillə geriləyib.

 

Hesabına 0,30 xal əlavə edərək 9,125-ə çatdıran “Neftçi” isə 2 pillə irəliləyib. Bakılılar hazırda Avropanın 156-cı komandasıdı.

 

5 pillə irəliləyən “Qəbələ” 208-ci yerin 4 şərikindən biridi. “Qırmızı-qaralar” 5,625 xala malikdi. 5,375 xalı olan “İnter” 6 pilləlik enişdən sonra 219-cu yerdə qərarlaşıb.

 

Hesabında 3,827 xalı olan “Xəzər Lənkəran” 284-cü yerə düşüb. Lənkəranlılar 6 pillə geriləyib. 3,375 xalı olan “Kəpəz” 5 pilləlik irəliləyiş sayəsində 312-ci yerə qalxıb. 323-cü olan “Bakı”nın isə 3,125 xalı var. Paytaxtın eyniadlı təmsilçisi də 6 pillə geriləyib.

 

0