“Qəbələ” Futbol Akademiyasının komandaları 2017-ci ilə start verib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda mövsümün ikinci yarısında ilk oyunlarını keçirib.
U-19 və U-16 öz liqalarında ilə fərqli başlayıb. U-19 “Turan”la ev oyununda böyükhesablı qələbə qazanıb – 7:0. 16 oyunda 40 xal toplayan komanda 2-ci pillədə yer alıb. “Qırmızı-qaralar” liderdən 1 xal geri qalır.
“Vətən”in qonağı olan U-16 səfərdən xalsız dönüb – 1:2.
12 turdan sonra hesabında 22 xal olan “Qəbələ” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı