AFFA-nın təşkilatçılığı ilə keçirilən U-12 Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub. Apasport.az saytı xəbər verir ki, “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası finalda Gəncə təmsilçisi “Azəri” TİM ilə görüşüb.
“Qırmızı-qaralar” həlledici görüşdə böyükhesablı qələbə qazanıb – 3:0. Final qarşılaşmasında Okan Təhməzli 2, Ömər Qurbanov 1 qol vurub. Bununla da “Qəbələ” U-12 Liqasının çempionu tituluna yiyələnib.
Qarşılaşmadan sonra qaliblər qızıl medallar və çempionluq kuboku ilə təltif olunub. Okan Təhməzli yarışın ən yaxşı futbolçusu kimi mükafatlandırılıb.
Qeyd edək ki, U-12 cari mövsümdə “Qəbələ”nin çempion adını qazanan 4-cü komandasıdı. Bunadək bölgə təmsilçisinin U-13, U-15 və U-16 komandaları da qızıl medallar əldə etmişdi.
Mənbə: gabalafc.az
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”