[b]“Qəbələ” - o qol, 30-cu qol [/b]
03.11.2016 - 23:36
[b]“Qəbələ” - o qol, 30-cu qol [/b]

“Qəbələ” avrokuboklarda yubiley qolunu vurub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının IV turunda Fransanın “Sent-Etyen” klubunun qapısına vurulan top “qırmızı-qaralar”ın qitə miqyaslı turnirlərdə 30-cu qolu olub.

 

Yubiley qolunun müəllifi isə Ruslan Qurbanov olub. O, komandasının 30 qoluna 2-ci töhfəsini verib. Ən çox qol isə Sergey Zenyovun hesabındadı – 6 top.

 

Teo Uiks 5, Dodo 4, Baqali Dabo və Cavid Hüseynov 3 dəfə fərqlənib. Sonuncu həm də ilk qolun müəllifidi. O, ötən il I təsnifat mərhələsinin “Dinamo” ilə Gürcüstandakı oyununda komandanın ilk qoluna sevinib.

 

Bu oyunadək keçirdiyi 27 matçda 29 qol vurub, 37-ni buraxan “qırmızı-qaralar” 30-a 28-ci matçında çatıb. Azərbaycan klubları arasında yalnız “Qarabağ”, “Neftçi” və “İnter”dən geri qalan “Qəbələ” qol sayında 4-cüdü.

 

Qeyd edək ki, Ruslanın qolu ilə “Qəbələ”nin ev oyunlarındakı məhsuldar seriyası davam edib. “Qırmızı-qaralar”cari mövsüm bütün ev matçlarında qol sevinci yaşayıb.