[b]“Qəbələ”lilərin yubiley şansı[/b]
03.08.2016 - 13:15
[b]“Qəbələ”lilərin yubiley şansı[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin “Lill”lə sabahkı oyunu “Qəbələ”nin bir neçə futbolçusu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, komandanın avrokuboklarda ən çox oyun keçirən üzvlərindən biri olan Rikardinyo 45-ci, Ürfan Abbasov və yeni transfer Filip Ozobiç 10-cu dəfə meydana çıxmaq imkanı qazanıb.

 

Hazırda hesabında 44 avrokubok matçı olan braziliyalı müdafiəçi Çempionlar Liqasına 14, Avropa Liqasında 30 qarşılaşmada iştirak edib. İsveç “Malmö”sündə 26 görüşə çıxan Rikardinyo “Qəbələ” ilə 18 matça qatılıb.

 

Ozobiç isə Çempionlar Liqasında 1, Avropa Liqasında 8 oyun keçirib. Xorvatiyalı yeganə qolunu da sonuncu turnirdə vurub. “Hayduk”da 3, Moskva “Spartak”ında 1 görüşə çıxan yarımmüdafiəçi “Qəbələ”dəki 5 görüşdə qol hesabını da açıb. Abbasov isə əvvəlki 9 qarşılaşmasının hamısını “Qəbələ”də və Avropa Liqasında keçirib.