[b]“Qəbələ”nin alman rəqibindən transfer[/b]
01.09.2016 - 00:42
[b]“Qəbələ”nin alman rəqibindən transfer[/b]

“Qəbələ”nin Avroliqanın qrup mərhələsindəki rəqiblərindən “Maynz” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, alman klubu “Bayer”dən Andre Ramalyo Silvanı icarəyə götürüb.

 

Keçidin maiyyə detalları haqqında məlumat verilməsə də, müdafiəçi ilə əldə olunmuş razılığın bir illik olduğu bildirilib.

 

Qeyd edək ki, 2015-ci ildə “Zalsburq”dan “Bayer”ə keçən 24 yaşlı braziliyalı leverkuzenlilərin heyətində cəmi 7 matçda çıxış etməyə imkan tapıb.