[b]“Qəbələ”nin daha bir futbolçusu “Neftçi”yə qarşı oynamayacaq[/b]
14.03.2017 - 12:36
[b]“Qəbələ”nin daha bir futbolçusu “Neftçi”yə qarşı oynamayacaq[/b]

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində bu gün “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” daha bir futbolçunun xidmətindən məhrum olub. Klubdan apasport.az saytına verilən məlumata görə, zədəlilər cərgəsinə Rəşad Sadiqov da qoşulub.

 

Vitali Vernidub, Rasim Ramaldanov və Elvin Camalovun ardınca təcrübəli yarımmüdafiəçinin də “Neftçi” ilə matçı buraxacağı müəyyənləşib. Belə ki, Sadiqov dünənki məşq prosesində ayağından xəsarət alıb. Məşqçilər korpusu onunla bağlı risk etmək istəmir. Bu səbəbdən Sadiqovun “ağ-qaralar”la görüşü buraxmasına qərar verilib.

 

Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da start götürəcək.