[b]“Qəbələ”nin futbolçusu Estoniyada 3-cü oldu[/b]
28.11.2016 - 10:06
[b]“Qəbələ”nin futbolçusu Estoniyada 3-cü oldu[/b]

Estoniyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, səsvermə nəticəsində hamıdan çox xal toplayan Raqnar Klavan ilin oyunçusu adını qazanıb.

 

“Liverpul”da çıxış edən müdafiəçi 180 xal toplayıb. “Yaqelloniya”nın yarımmüdafiəçisi Konstantin Vasilyev 116 xalla 2-ci olub.

 

İlk “üçlük”də “Qəbələ”nin hücumçusu Sergey Zenyov da yer alıb. 19 xal toplayan futbolçu ölkəsinin 3-csü olub.