[b]“Qəbələ”nin futbolçusu Prosineçkinin həmyerlilərinə qarşı[/b]
17.03.2017 - 10:13
[b]“Qəbələ”nin futbolçusu Prosineçkinin həmyerlilərinə qarşı[/b]

Estoniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Martin Reym martda keçiriləcək qarşılaşmalara 23 futbolçu dəvət edib.

 

“Qəbələ”nin futbolçusu Sergey Zenyov da martın 25-də Kiprlə səfərdə, 28-də Xorvatiya ilə evdə baş tutacaq matçlara dəvət alıb. 28 yaşlı hücumçu bunadək millidə keçirdiyi 54 matçda 10 qol vurub. Kiprlə matç onun üçün 55-ci ola bilərsə, Azərbaycan yığmasının xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin həmyerliləri ilə duel 56-cı kimi yadda qalacaq.

 

Qeyd edək ki, Zenyov 2015-ci ilin yayından “Qəbələ”də çıxış edir.