“Qəbələ”nin futbolçusu Vojislav Stankoviçin vəziyyətinə aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, “Kəpəz”lə matçda zədələnən serbiyalı müdafiəçi tibbi müayinədən keçib.
Stankoviç Gəncə təmsilçisi ilə görüşün ilk hissəsində ayağında ağrı hiss etdiyi üçün oyunu davam etdirə bilməmişdi. Məşqçilər korpusu əzələsi dartılan futbolçunu 34-cü dəqiqədə Deyv Bultuislə əvəzləmişdi.
Stankoviçin zədəsinin ciddi olduğu ehtimal edilsə də, tibbi müayinə fərqli nəticəni ortaya çıxıb. Məlum olub ki, 30 yaşlı oyunçunun zədəsi ciddi deyil. O, ölkə çempionatının VIII turu çərçivəsində “Sumqayıt”la baş tutacaq səfər qarşılaşmasına qədər hazır olacaq.
Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” matçı oktyabrın 14-də keçiriləcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”