Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2 gün sonra “Maynts”ın qonağı olacaq “Qəbələ” meydana itki ilə çıxa bilər. Klubdan apasport.az saytına verilən məlumata görə, Baqali Dabonun bu görüşdə iştirakı sual altındadı.
“Anderlext”lə qarşılaşmada zədələnən fransalı hücumçu bu səbəbdən “Qarabağ”la çempionat və “Zaqatala” ilə kubok matçında komandasına kömək edə bilməmişdi. Təcrübəli forvard sıraya dönsə də, hələ də kollektivlə birlikdə məşqlərə başlamayıb. Bundan əlavə, onun ayağında yüngül ağrı hiss etdiyi bildirilir.
Hələlik fərdi məşqlərlə kifayətlənən Dabonun Almaniyaya aparılacağı halda belə, meydana çıxmaq ehtimalı çox deyil.
Qeyd edək ki, dekabrın 8-də keçiriləcək “Maynts” – “Qəbələ” matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı