[b]“Qəbələ”nin hücumçusu ili başa vurdu[/b]
15.12.2016 - 11:17
[b]“Qəbələ”nin hücumçusu ili başa vurdu[/b]

Topaz Premyer Liqasının XIV turu çərçivəsində “Kəpəz”lə qarşılaşacaq “Qəbələ”nin heyətlə bağlı problemləri davam etməkdədi. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın əsas heyət üzvlərindən olan Baqali Dabo hələ də sıraya dönməyib.

 

Belə ki, fransız hücumçu fərdi hazırlıqla kifayətlənir. Kollektivlə məşqlərdə iştirak etməyən Dabo Gəncə təmsilçisi ilə matçda da meydana çıxmayacaq. Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində AZAL-la qarşılaşmada da iştirakı gözlənilməyən 28 yaşlı forvard ili vaxtından əvvəl başa vurub. Yanvarın 9-da Antalyaya yola düşəcək “Qəbələ”nin hücumçusu məhz təlim-məşq toplanışında kollektivlə məşqlərə qatıla biləcək.

 

“Qəbələ”nin digər zədəlisi, gənc futbolçu Tellur Mütəllimov da komanda ilə məşqlərdə iştirak etmir.

 

Qeyd edək ki, “Qəbələ” “Kəpəz”lə dekabrın 17-də, AZAL-la isə 4 gün sonra üz-üzə gələcək.