Ölkə çempionatının XVI turunda “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” oyuna itkilərlə çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın iki futbolçusu bu görüşü buraxacaq.
Söhbət Rafael Santos və Asif Məmmədovdan gedir. Antalya toplanışında dizindən xəsarət alan Santos İtaliyada əməliyyat olunacaq.
Asif Məmmədov isə kor bağırsağından əməliyyat edilib. Bu səbəbdən təcrübəli yarımmüdafiəçi də “Neftçi” ilə matçda komandasına kömək edə bilməyəcək.
Onlardan başqa cəzalı duruma düşən Ruslan Qurbanov da sabiq komandası ilə görüşdə "Qəbələ" formasını geyinməyəcək.
Qeyd edək ki, fevralın 3-də keçiriləcək “Qəbələ” – “Neftçi” qarşılaşması saat 17:00-da start götürəcək.