[b]“Qəbələ”nin keçmiş çalışdırıcısından azərbaycanlı futbolçuya cəza[/b]
02.12.2016 - 01:26
[b]“Qəbələ”nin keçmiş çalışdırıcısından azərbaycanlı futbolçuya cəza[/b]

Moskva “Lokomotiv”inin baş məşqçisi Yuri Syomin komandanın kapitanı Aleksandr Səmədovu cəzalandırıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb onun başqa klubla danışıqlar aparması olub.

 

Belə ki, əslən azərbaycanlı olan yarımmüdafiəçi ilə "Spartak" ciddi maraqlanır. Çempionat davam etdiyi üçün isə bu cür danışıqlar yolverilməzdir.

 

Məhz bu səbəbdən “Qəbələ”nin sabiq çalışdırıcısı payız mövsümünün sonuna qədər Səmədovu oynatmamağa qərar verib.