[b]“Qəbələ”nin rəqibi mübarizəni dayandırdı[/b]
02.12.2016 - 10:07
[b]“Qəbələ”nin rəqibi mübarizəni dayandırdı[/b]

“Qəbələ”nin Avropa Liqasındakı rəqiblərindən olan “Anderlext” Belçika kubokunda mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, komanda 1/8 finalda “Şarlerua” səddinə “ilişib”.

 

İlk dəqiqələrdən hesabda geriyə düşən “Anderlext” 13-cü dəqiqədə Uroş Spayiçin qolu ilə status-kvonu bərpa edib. Lukaş Teodorçuk 82-ci dəqiqədə “Anderlext”i hesabda önə keçirsə də, komanda üstünlüyünü sona qədər qoruya bilməyib. Bərabərliklə bitən matçın penaltilər seriyasında futbolçuları daha dəqiq oynayan “Şarlerua” adını 1/4 finala yazdırıb.

 

“Şarlerua” – “Anderlext” – 2:2

Qollar: Mark, 4; Babi, 90+3 – Spayiç, 13; Teodorçuk, 82

Penaltilərlə - 5:3