[b]“Qəbələ”nin rəqibi "dayandı"[/b]
27.10.2016 - 00:08
[b]“Qəbələ”nin rəqibi "dayandı"[/b]

Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Maynts” da növbəti matçını keçirib.

 

“Qırmızılar” “Qroyter Fürtz” ilə qarşılaşıblar. Görüş “Maynts”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bununla da “Qəbələ”nin rəqibi kubokda mübarizəni dayandırıb.

 

Almaniya kuboku

1/16 final

"Qroyter Fürtz" - "Maynts" - 2:1
Qollar: Sararer, 70, Berişa, 90 – Kordoba, 68