[b]“Qəbələ”nin rəqibi səfərdən xalsız döndü[/b]
05.12.2016 - 09:31
[b]“Qəbələ”nin rəqibi səfərdən xalsız döndü[/b]

Fransa çempionatında XVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi “Sent-Etyen” səfərdə “Renn”lə qarşılaşıb.

 

Qarşılaşmanın ikinci hissəsində 2 qol vuran meydan sahibləri 3 xal qazanan tərəf olub. Lakin bu məğlubiyyət “Sent-Etyen”in mövqeyinə təsir etməyib.

 

Belə ki, 16 turdan sonra hesabında 22 xal toplayan sent-etyenlilər 9-cu pillədə qalıb.