[b]“Qəbələ”nin rəqibi zirvəni ələ keçirdi[/b]
17.10.2016 - 09:14
[b]“Qəbələ”nin rəqibi zirvəni ələ keçirdi[/b]

Belçika çempionatında X tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Anderlext” öz meydanında “Lokeren”i qəbul edib.

 

Brüssel təmsilçisi ev qarşılaşmasından 1:0 hesablı qələbə ilə ayrılıb. Matçın taleyini Lukaş Teodorçikin 89-cu dəqiqədəki qolu həll edib.

 

Bu qələbə “Anderlext”ə 1-ci pilləyə yüksəlmək imkanı verib. Hesabında 21 xal olan brüssellilər “Zulte-Varegem”in məğlubiyyətindən yararlanaraq, zirvəni ələ keçirib.