“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Anderlext” Belçika Pro Liqasının XVI turunda böyükhesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, komanda öz meydanında “Muskron”u darmadağın edib.
Ötən həftəiçi Bakıda “Qəbələ” üzərində 3:1 hesablı qələbə qazanaraq, Avroliqada 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirən “Anderlext” “Muskron”un qapısından 7 cavabsız top keçirib. Komandanın heyətində Lukaş Teorodçuk (1-ci dəqiqə), Sofian Hanni (21), Klaudiu Stankiu (31), Yuri Tilemans (76), Uroş Spayiç (82) və Massimo Bruno (84) hərəyə bir dəfə fərqləniblər. 28-ci dəqiqədə isə qonaqların qapıçısı Matey Delaç avtoqolla yadda qalıb.
Qeyd edək ki, “Anderlext” 16 turdan sonra aktivindəki 28 xalla turnir cədvəlinin VI pilləsində qərarlaşır.