[b]“Qəbələ”nin rəqibindən çətin heç-heçə[/b]
07.11.2016 - 00:58
[b]“Qəbələ”nin rəqibindən çətin heç-heçə[/b]

Belçika çempionatında XIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Anderlext” də növbəti oyununa çıxıb.

 

 Adıçəkilən komanda doğma meydanda “Oostende” ilə qarşılaşıb. Turnir cədvəlində ilk üçlükdə qərarlaşmış iki komandanın oyununda qalib müəyyənləşməyib.

 

1:1 hesabı komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib.

 

Qeyd edək ki, aktivində 25 xal olan “Anderlext” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.