“Qəbələ”nin bu gün səhər saatlarında Türkiyəyə planlaşdırılan səfəri baş tutmayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb qardaş ölkədə əlverişsiz hava şəraitinin hökm sürməsidi.
Belə ki, Türkiyədə güclü qar yağışı səbəbindən səhər saatlarında nəzərdə tutulan reyslər təxirə salınıb. “Qırmızı-qaralar”ın Bakını tərk etməsi yerli vaxtla səhər saat 07:00-a planlaşdırılmışdı. “Qəbələ” Bakı-İstanbul-Antalya marşrutu ilə hərəkət etməli idi. Lakin məlum səbəbdən səfər axşam saatlarına ertələnib.
Qeyd edək ki, “Qəbələ”nin legioner futbolçuları Bakıya gəlməyərək, ölkələrindən birbaşa Antalyaya yollanacaqlar.