[b]“Qəbələ”nin üzvü oynadı, komandası darmadağına sevindi[/b]
08.10.2016 - 01:05
DÇ-2018-in seçmə mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, Estoniya millisi də növbəti matçını keçirib.
“Probaltika”lıar qrupdakı ikinci oyununda Cəbəllütariqi qəbul edib. Matç estonların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qəbələ”nin hücumçusu Sergey Zenyov bu oyuna start heyətində başlayıb. Ancaq onun 90 dəqiqə oynamasına gərək olmayıb. Belə ki, hesabda irəli çıxandan sonra baş məşqçi onu 65-ci dəqiqədə əvəzləməyi lazım bilib.
Qeyd edək ki, 2 turdan sonra hesabında 3 xal olan Estoniya millisi qrupda dördüncü pillədə qərarlaşıb.
0
0