“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Anderlext” aparıcı futbolçularından birini itirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc yarımmüdafiəçi Yuri Tilemans İngiltərə klublarının maraq dairəsinə düşüb.
Bu mövsüm sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən 19 yaşlı oyunçunun adı “Liverpul”, “Çelsi”, “Arsenal” və “Tottenhem”dən sonra “Mançester Yunayted”in də transfer siyahısına salınıb. “Qırmızı şeytanlar” bu mübarizədən qalib ayrılmaq üçün Belçika klubuna rəsmi təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, noyabrın 24-də Bakıda “Qəbələ”ni məğlubiyyətə uğradan (3:1) “Anderlext”in ilk qolunun müəllifi məhz Yuri Tilemans olub.