İspaniyanın məşhur “Mundo Deportivo” nəşri maraqlı iddia ilə çıxış edib. Apasport.az saytı xəbər verir ki, ispaniyalı həmkarlarımızın yazdığına görə, “Qızıl top” mükafatının qalibi artıq məlumdu.
Xəbərdə bildirilir ki, “France Football” nəşrinin sorğusuna əsasən, Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştianu Ronaldo qalib olub. Bununla bağlı rəsmi tədbir dekabrın 12-də olacaq. Lakin Ronaldo artıq bu barədə məlumatlandırılıb. Hətta “France Football”un əməkdaşları dekabrın 8-də Madridə yollanaraq, futbolçudan müsahibə alacaq və onun şəkillərini çəkəcəklər.
Qeyd edək ki, ötən il “Qızıl top”u “Barselona”nın argentinalı hücumçusu Lionel Messi qazanmışdı.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı