[b]“Qol ötürməsini verəndə, top əlimə dəymişdi”[/b]
15.12.2016 - 14:05
[b]“Qol ötürməsini verəndə, top əlimə dəymişdi”[/b]

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XVI turunda “Kristal Pelas” üzərində səfər qələbəsi (2:1) qazanıb. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”a 3 xal qazandıran qolun müəllifi Zlatan İbrahimoviç şok etirafla diqqət çəkib.

 

Komandasının ilk qolunda Pol Poqbaya məhsuldar ötürmə verən isveçli forvard həmin topun qaydalar çərçivəsində vurulmadığını söyləyib: “İlk qolda ötürmə anında top azacıq da olsa, əlimə dəymişdi. Şəkillərə baxmaq lazımdı”.

 

Zlatan vurduğu qol barədə də fikirlərini bölüşüb: “Mənim üçün əsas nəticədi. Poqbadan gözəl ötürmə aldım və topu qapıdan keçirməyə çalışdım. Uğurlu və ya uğursuz ola bilər. Mən üzərimə düşəni edib topa zərbə vurdum”.