[b]“Real” “Bavariya”nın futbolçusunu istəyir[/b]
16.10.2017 - 09:45
“Bavariya”nın futbolçusu David Alaba karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı “Sky Sports”a istinadən xəbər verir ki, avstriyalı müdafiəçi “Real”dan təklif alıb.
Madrid təmsilçisi 25 yaşlı futbolçunu qış transfer dövründə heyətinə qatmaq arzusundadı. Qarşı tərəflə danışıqlara indidən start verilib.
“Real” Alabanı bu ilin yayında da transfer etmək istəyirdi. Amma həmin vaxt almanlar təklifi rədd etmişdilər.
Qeyd edək ki, David Alaba “Bavariya”nın heyətində ümumilikdə 271 oyunda 24 qola imza atıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0