[b]“Real” BƏƏ-yə ən güclü heyətlə gedəcək[/b]
30.11.2017 - 22:37
[b]“Real” BƏƏ-yə ən güclü heyətlə gedəcək[/b]

“Real” Klublararası dünya çempionatı üçün heyətini açıqlayıb. Apasport.az-ın məlumatına görə, “kral klubu” rəsmi saytı vasitəsilə siyahını paylaşıb.

 

Mundial üçün açıqlanan heyətdə zədələrini sağaltmış Qaret Beyl, Mateo Kovaçiç və Keylor Navasda daxil olmaqla, bütün güclü oyunçular yer alıb.

 

Dünya birinciliyi 6-16 dekabr arası Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. “Real” isə yarışa dekabrın 13-də yarımfinal mərhələsindən start verəcək. Zidanın komandası “Uarava Red Daymods” (Yaponiya) – “Əlcəzirə” (BƏƏ) / “Oklend Siti” (Yeni Zellandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 

Komandanın heyəti aşağıdakı oyunçulardan ibarətdir.

 

Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Moxa

Müdafiəçilər: Dani Karvaxal, Rafael Varan, Serxio Ramos, Naço, Marselo, Teo Hernandez, Əşərf Hakimi

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kazemiro, Lukas Vazkez, Marko Asensio, Markos Llorente, İsko, Mateo Kovaçiç, Dani Sebalyos, Qaret Beyl

Hücumçular: Kristino Ronaldo, Karim Benzema, Borxa Mayoral

0