[b]“Real” Benzemadan sonra onu da itirə bilər[/b]
10.09.2017 - 18:25
[b]“Real” Benzemadan sonra onu da itirə bilər[/b]

“Real”ın braziliyalı müdafiəçisi Marselo ağır cəzaya məruz qala bilər. Apasport.az saytının məlumatına görə, sol cinah müdafiəçisi İspaniya çempionatının 3-cü turunda “Levante” ilə keçirilən oyunda (1:1) qırmızı vərəqə alıb.

 

O, rəqib futbolçu Cefferson Lermunun sinəsinə təpiklə zərbə vurduğu üçün meydandan qovulub.

 

İspaniya mətbuatında yer alan xəbərlərə görə, Marselonu 4 oyunluq cəza gözləyir.

 

Qeyd edək ki, “Levante” ilə oyunda diz bağları qırılan Karim Benzema da görüşü yarımçıq tərk etmişdi. O da komandasına 4-6 həftə kömək edə bilməyəcək.