[b]“Real” kisənin ağzını açdı: 98 milyonluq təklif![/b]
25.01.2016 - 16:39
[b]“Real” kisənin ağzını açdı: 98 milyonluq təklif![/b]

Madrid “Real”ı bu “transfer pəncərəsi”ndə heyətinə bir neçə futbolçu qatmaq arzusundadı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu”nun ilk hədəfi “Bavariya”nın hücumçusu Robert Levandovskidi.

 

Növbəti 2 transfer dövründə futbolçu ala bilməyəcək “qalaktikos” işini ehtiyatlı tutmağı qərara alıb. “Real” rəhbərliyi bu ay heyəti gücləndirmək üçün kisənin ağzını açıb.

 

İspanlar Levandovskini nəyin bahasına olursa-olsun, almaq fikrindədilər. Onlar qarşı tərəfə rəsmi təkliflə müraciət ediblər. Madridlilər 27 yaşlı futbolçuya görə 98 milyon avrolarından keçməyə hazırdılar. Almanların fantastik təklif qarşılığında “hə” cavabını verəcəkləri gözlənilir.

 

Qeyd edək ki, Levandovski “Bavariya”ya 2014-cü ildə Dortmund “Borussiya”sından keçib.